EN

Putinin müttəfiqi Kiyevə döyüş silahları satmağa hazırdır

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Serbiya döyüş sursatları Kiyevə verilsə belə, Avropa Birliyinə satmağa hazırdır.

Ölkə.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç “Cicero”ya müsahibəsində deyib.

Avropa Birliyinə silah-sursat satmağı təklif edən Prezident Vuçiç Serbiyanın böyük miqdarda silah, xüsusilə də minaatan mərmiləri istehsal etdiyini və anbarlarının dolu olduğunu vurğulayıb.

Bu sursatların Ukraynaya mümkün tədarükü ilə bağlı suala cavab olaraq Serbiya prezidenti bildirib ki, alıcı ölkə bu silah-sursatdan istədiyi kimi istifadə edə bilər. 

Vuçiç əlavə edib ki, Serbiya hərbi neytrallığı qoruyur. “Bununla belə Avropa ölkələri, o cümlədən Afrika və Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməyə hazırdır”, - vurğulayıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
3
olke.az

4Sources