
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan islam dünyasını Şimali Kipr xalqına daha çox dəstək olmağa çağırıb.
Türkiyə Prezidenti bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin 41-ci Nazirlər Toplantısında danışıb.
Onun sözlərinə görə, Kipr türkləri heç vaxt təzyiqlərə boyun əyməyib: "Kipr türkləri islam dünyasının ayrılmaz bir hissəsidir. Onlar ləyaqətlə yaşamaq mübarizəsindən vaz keçmədilər".
Türkiyə lideri toplantı iştirakçılarına çağırış edib: "Sizdən Kipr türklərinin haqq və ədalət mübarizəsinə daha çox dəstək göstərməyinizi xahiş edirəm".