EN

Sumqayıt Qəbələyə ciddi itki ilə yollanacaq

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Aleksa Yankoviç cəzalı duruma düşüb.Buna 25 yaşlı vingerin "Araz-Naxçıva"a qalib gəldikləri (3:2) Misli Premyer Liqasının X turunun oyununda sarı vərəqə alması səbəb olub. Serbiyalı oyunçu cari mövsümdə dördüncü dəfə bu halla üzləşdiyi üçün çempionatdakı növbəti matçı buraxmalı olacaq.Qeyd edək ki, "Sumqayıt" XI turda, noyabrın 7-də "Qəbələ"nin qonağı olacaq. Yankoviç cari mövsüm Premyer Liqadakı bütün matçlarda meydanda olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
sport24.az

1Sources