EN

İlahiyyatçı mitinqlər barədə: “Müsəlman başçıya itaət etmək vacib, ona qarşı çıxmaq haramdır”

““Qurani-Kərim”ə görə, dövlət başçısına tabe olmaq, əmrlərinə itaət etmək vacibdir. Bu barədə “Nisa” surəsinin 59-cu ayəsində deyilir: "Ey iman gətirənlər! Allaha itaət edin. Rəsula və sizdən olan əmr sahiblərinə də itaət edin. Əgər bir şey haqqında çəkişsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allah və Onun rəsuluna irca edin (qaytarın, götürün). Bu sizin üçün daha xeyirli və nəticə etibarilə daha gözəldir”. Sözügedən ayədəki "əmr sahibləri" rəhbərlər, dövlət başçılarıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

 

O bildirib ki, “Qurani-Kərim”ə görə, müsəlman və adil başçıya itaət etmək vacib, ona qarşı çıxmaq haramdır: “Mitinq və nümayişlər çaxnaşma, fitnə və ixtilaf yaratdığı üçün qəbul edilmir. Sivil etiraz, təklif, tövsiyə, nəsihət, müraciət üstün tutulur. Mitinq yolu ilə etiraz etmək dində məqbul sayılmır. Çünki mitinqlər çox zaman siyasi tələblərdən qaynaqlanır. Dinin mahiyyəti isə siyasətdən münəzzəhdir. Dini siyasətə qatmaq, dindən siyasi maraqlar üçün istifadə etmək dini təhrif etməkdir. Dinin məqsədi sağlam cəmiyyət yetişdirmək, mənəvi zənginliyi təmin etmək, əxlaq normalarını aşılamaqdır”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Noyabr 2025, 13:16   
Chosen
46
pravda.az

1Sources