EN

Bilik transferi 2027-2030-cu illər Azərbaycan elminin hədəfləri sırasında olacaq

"Qısa müddət ərzində rəqəmsal texnologiyalar sahəsində regional liderə çevrilmə imkanımız var".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, son illər təhsil sahəsində həyata keçirilən bir çox ardıcıl və məqsədyönlü islahatlar Azərbaycan təhsilini regionda texnoloji inkişaf mərkəzinə çevirməkdədir: “Rəqəmsallaşma, suni intellekt istiqamətində elmi stragetegiyaların inkişafı Azərbaycan elminin prioritetlərindəndir. Xüsusilə, siyasət, sosial innovasiyalar sahəsində inkişaf vacibdir. Bu baxımdan bilik transferinin gerçəkləşməsi 2027-2030-cu illər Azərbaycan elminin əsas hədəfləri sırasında olacaq”.

Chosen
39
5
azedu.az

6Sources