EN

Xətaidə qayda pozan sürücülər: Biri piyadaların, digəri sürücülərin yolunu kəsdi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Xətai rayonunda dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.

Bu barədə Avtosfer.az-a izləyicilər məlumat verib. Bildirilib ki, hadisə noyabrın 2-də səhər saatlarında baş verib. Fotolardan göründüyü kimi, 10-HH-333 dövlət nömrə nişanlı “Jeep” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq oradan uzaqlaşıb. İzləyicinin sözlərinə görə, həmin hissədə avtomobillərin park etməsi üçün xüsusi yerlər mövcuddur.

Fəzail Bayramov küçəsində qeydə alınan digər görüntüdə isə 10-PP-357 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü maşını səkidə park edib. Nəticədə piyadaların səki ilə hərəkəti məhdudlaşıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
avtosfer.az

1Sources