EN

Amerikalı qadın laboratoriya meymununu güllələdi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Missisipi ştatı sakini Jessika Bond Fergüson laboratoriyaya məxsus yük maşınının aşması nəticəsində təbiətə qaçan meymunu odlu silahla öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yayıb.

Qadın ifadəsində bildirib ki, meymunu həyətdə 16 yaşlı oğlu görüb, bundan sonra o, heyvanın xəstəlik daşıyıcısı ola biləcəyini düşündüyü üçün ailəsinin təhlükəsizliyi naminə meymuna atəş açıb.

Xatırladaq ki, Missisipi polisinin məlumatına görə, laboratoriya maşının qəzaya uğraması nəticəsində onun içindəki üç meymun qaçıb. Bildirilmişdi ki, primatlar hepatit C və koronavirus daşıyıcısı ola bilər. Lakin sonra bu məlumat təkzib edildi. Tədqiqat mərkəzindən məlumat verilib ki, meymunların hamısı bu hadisədən əvvəl müayinə olunub və onlarda heç bir patogen aşkar edilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
oxu.az

1Sources