3 noyabrda Səmərqənddə keçirilən YUNESKO-nun 43-cü Baş Konfransında qəbul edilən qərara əsasən, 15 dekabr bundan sonra Türk dilləri ailəsinin Ümumdünya Günü kimi hər il qeyd olunacaq.
Paralel.az xəbər verir ki , bu barədə informasiyanı Azərbaycanın YUNESKO üzrə Milli Komissiyası yayıb.
Mənbə qeyd edir ki, bu tarix 1893-cü il 15 dekabr tarixi ilə bağlıdır.
Həmin gün danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey yazılarını oxuyaraq türk dillərinin ortaq köklərini üzə çıxaran ilk elmi kəşfi etmişdi.