EN

Həkimlər kabakın ciddi təhlükələri barədə xəbərdarlıq ediblər

Doktor Rayan Marino bildirir ki, yalnız acı kabak zəhərlənmə riski daşıyır.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, belə balqabaqlar yüksək dozada cucurbitacin maddəsi ehtiva edir. Bu üzvi birləşmələr iltihab, xərçəng və 2-ci tip diabetin müalicəsində istifadə olunsa da, birbaşa yeyildikdə təhlükəlidir.

Marino izah edib ki, zəhərlənmə üçün çox az miqdarda toksin kifayət edir. İlk simptomlar istehlakdan bir neçə saat və ya dəqiqə sonra başlayır və mədə selikli qişasının zədələnməsi, şiddətli qusma, ishal və qanaxma ilə özünü göstərir. Bəzən damar zədələnməsi də müşahidə oluna bilər.

Ekspert əlavə edib ki, əksər hallarda kabak zəhərlənməsi yüngül keçir, lakin nadir hallarda ciddi fəsadlar, hətta ölüm də baş verə bilər.

Marino insanları kabakdan tam imtina etməyə çağırmır, çünki tərəvəz çoxlu faydalı maddələr ehtiva edir. Lakin o, hər zaman tərəvəzləri bişirməzdən əvvəl dadmağı tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
58
e-saglam.az

1Sources