EN

Milli Məclisdə iki yeni təyinat

Milli Məclisdə kadr dəyişikliyi həyata keçirilib. Qurumda iki yeni sektor müdiri təyin olunub.

“7Times.az” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat Milli Məclisin rəsmi internet səhifəsində qeyd edilib.

Cahid Yusif oğlu Məmmədov Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri vəzifəsinə, Ramin Ramiz oğlu Cəlilov isə Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsinə təyin edilib.

Yeni təyinatlarla bağlı müvafiq əmr imzalanıb.

Chosen
43
19
7times.az

10Sources