EN

“Qarabağ” – “Çelsi” oyununa avstriyalı hakimlər təyinat aldı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununu avstriyalı hakimlər idarə edəcək.

İdmanxeber.az xəbər verir ki, matçın baş hakimi Sebastyan Qishamer olacaq. Ona Roland Riedel və Santino Şreyner kömək edəcəklər. Valter Altmann dördüncü hakim, Manuel Şutenqryuber isə VAR hakimi olacaq.

Qarşılaşma noyabrın 5-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Chosen
52
idmanxeber.az

1Sources