EN

“Real” “Fənərbağça”ya 2 milyon ödəyəcək

İspaniya La Liqasının 11-ci turunda “Real” “Valensiya”nı 4:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az “Diario AS”-a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Arda Gülər bu görüşdə meydana çıxaraq Madrid klubundakı 75-ci oyununa çıxıb.

Bu səbəbdən “Real” futbolçunun transferindəki bonus maddəsinə əsasən, onun keçmiş klubu “Fənərbağça”ya 2 milyon avro ödəyəcək.

20 yaşlı futbolçunun “kral klubu” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Chosen
62
idmanxeber.az

1Sources