EN

“Paytaxtda qış hazırlığı tamamlanır”

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bakı şəhərində qış mövsümünə hazırlıq çərçivəsində bütün zəruri tədbirlər görülüb və proses yekun mərhələyə çatıb”.

Kommunal xidmətlər müəssisəsindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə xüsusi müşavirə keçirilib və qışa hazırlıqla bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Bildirilib ki, rayon icra hakimiyyətlərinin nəzdində fövqəladə hallar komissiyaları fəaliyyət göstərir və güclü qar yağan, yaxud fövqəladə vəziyyət yarandığı halda bu komissiyalar təsərrüfat xidmətləri ilə birlikdə koordinasiyalı şəkildə hərəkət edəcəklər.

Məlumata görə, yaxın günlərdə rayonlarda əlavə iclaslar keçiriləcək, xidmət sahələrinin hazırlığı yoxlanılacaq. Yolların buzlaşmasının qarşısının alınması üçün kifayət qədər duz ehtiyatı yaradılıb, texnika və inventar hazır vəziyyətdədir. Qar yağacağı təqdirdə kommunal xidmətlər 24 saat rejimində fəaliyyət göstərəcək. Təhsil, səhiyyə və digər müəssisələr də müvafiq təlimatlandırılıb və lazımi alətlərlə təmin olunub.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
icma.az

1Sources