EN

“ABŞ Latın Amerikasında Çinin və Rusiyanın təsirini azaltmaq istəyir” SİYASİ EKSPERT

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ Venesuelanın neft, qaz, qızıl və digər filiz ehtiyatları ilə bağlı siyasət yürütmür. Hələ Co Baydenin və əvvəlki prezidentlərin dövrlərində də ABŞ-Venesuela münasibətləri gərgin olub.

Venesuela Çin və Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıqlarını genişləndirir, bu isə ABŞ administrasiyaları üçün narahatlıq doğurur. Donald Trampın strategiyasına görə, ABŞ Latın Amerikası və Amerika materikində üstünlüyünü qoruyaraq, regiona Çinin və Rusiyanın təsirini azaltmaq istəyir. Panama kanalının ABŞ-a qaytarılması da bu siyasətin bir hissəsi olub”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib:

“Hazırda ABŞ Venesuela hökumətinin qeyri-konstitusion siyasətinə qarşı təzyiq göstərir və regionda Rusiya və Çinin geosiyasi mövqeyini zəiflətmək niyyətindədir. Paralel olaraq, Kolumbiyada yeni seçilən prezidentin ABŞ-la əməkdaşlıq istəyi diplomatik gərginliyi bir qədər yumşaldıb.

Eyni zamanda ABŞ regiona hərbi mövqeyini gücləndirir. Venesuelaya aviasiya və raket kreyserləri göndərilməsi, mümkün hərbi müdaxilənin işarəsi kimi qiymətləndirilir”.

Siyasi ekspert əlavə edib ki, Rusiyanın isə hazırda diqqəti əsasən Ukrayna böhranına yönəlib və Venesuela ilə birbaşa hərbi qarşıdurmada rol oynaması gözlənilmir.

“Rusiya yalnız bəyanatlarla və diplomatik çağırışlarla təsir göstərir, əsas məqsəd isə Ukraynada Donbasın inzibati sərhədlərini nəzarət altına almaqdır”-deyə o əlavə edib.

Şəbnəm 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
icma.az

1Sources