EN

"Şəfa"ya qalib gəlmək bizim üçün həm qürur, həm də inam məsələsidir" - "Mingəçevir"in müdafiəçisi

1-ci Liqanın 7-ci turu gərgin mübarizəyə səhnə olacaq. Çempionatın şəriksiz lideri "Şəfa" səfərdə digər iddialı "Mingəçevir"lə üz-üzə gələcək. 

"İşıqçılar"ın müdafiəçisi Elnur Mirzəyev Bakı təmsilçisi ilə önəmli matç ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb: 

"Şəfa" ilə oyun çempionluq uğrunda mübarizədə həlledici matçlardan biridir. Komanda olaraq, hər birimiz qarşılaşmanın məsuliyyətini hiss edirik və 90 dəqiqə ərzində meydanda sonadək mübarizə aparmağa və hər top uğrunda canımızı qoymağa hazırıq. Sona qədər döyüşəcəyik, çünki "Şəfa"ya qalib gəlmək bizim üçün həm qürur, həm də inam məsələsidir.

Azarkeşlərimizə də söz verirəm ki, sona qədər vuruşacağıq, "Şəfa" qarşısında əlimizdən gələni edəcəyik. İnanıram ki, bir komanda, bir ailə kimi bu mübarizədən üzüağ çıxacağıq. Biz hələ öz meydanmızda məğlub olmamışıq. Bu da bizim ev oyunlarında azarkeşlərmiz önündə daha da inamlı olmağımızdan xəbər verir".

Nihat

Chosen
35
1
fanat.az

2Sources