EN

Okan Buruk Ayaks matçına bu heyətlə çıxacaq Siyahı

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qalatasaray" UEFA Çempionlar Liqasının dördüncü turu çərçivəsində "Ayaks"la oyuna hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Okan Buruk bu matç üçün ideal 11-liklə meydana çıxmaq istəyir.

Məlumata görə, o, çətin keçəcəyi şübhə doğrumayan oyunda qapını həmişəki kimi Uğurcan Çakıra tapşıracaq: "Zədəsi sağalan Sinqo müdafiənin sağ cinahında, Yakobs isə sol cinahda oynayacaq. Mərkəz müdafiə xəttini isə Davinson Sançez və Abdülkərim Bardakçı qoruyacaq.

Yarımmüdafiəni isə Torreira, Lemina, Yunus Akgün, sağ cinahda Leroy Sane, sol cinahda isə Barış Alper Yılmaz vəzifə alacaqlar. "Qalatasaray"ın hücum xəttinin yükünü isə Viktor Osimhen çəkəcək"

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
mia.az

1Sources