EN

Dmitri Medvedev Ukraynanı “əzəli rus torpaqları” adlandırdı

“Qərb Kiyevə nə qədər çox vəsait xərcləsə, nəticədə bir o qədər çox ərazi Rusiyanın tərkibinə daxil olacaq (işğal ediləcək – red.)”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“Qərb dünyası bu “qanlı Kiyev klounları”nın (Ukrayna rəhbərliyini təhqiramiz şəkildə belə adlandırır – red.) dəstəklənməsinə nə qədər çox pul xərcləsə, onların tarixinin sonu bir o qədər dəhşətli olacaq. Nəticədə ana Rusiyamıza qayıdacaq torpaqların (işğal ediləcək ərazilərin – red.) miqyası da bir o qədər çox olacaq”, - o vurğulayıb.

Dmitri Medvedev ABŞ-nin Əfqanıstandakı fəaliyyətini xatırladaraq bildirib ki, Vaşinqton 2001-2021-ci illərdə orada 2,3 trilyon dollar xərcləyib, sonda hakimiyyəti yenidən Taliban Hərəkatına təhvil verib.

Rusiya rəsmisinin fikrincə, Qərbin Ukrayna rəhbərliyinə yardımı da eyni aqibətlə üzləşəcək: “Vətəndaşlarımız və Rusiya hakimiyyəti əzəli rus torpaqlarına (perspektivdə Ukraynada işğal ediləcək yeni əraziləri nəzərdə tutur – red.) geri qayıdacaq”.
Chosen
20
2
sherg.az

3Sources