Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Hüseynov Eldəniz Tahir oğlunun İmişlidə yaşayan ailəsini ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Eldəniz Hüseynov Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onun xatirəsinin daim yaşayacağı vurğulanıb. Ailənin sosial vəziyyəti ilə maraqlanılıb.
Qeyd olunub ki, şəhid ailələrinin sosial müdafiəsi və rifahı dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə dayanıqlı dəstək tədbirləri gələcəkdə də davam etdiriləcək.


