Böyük Britaniya hökuməti Kiyevin Rusiyanın dərinliklərindəki hücum kampaniyasını davam etdirməsinə imkan yaratmaq üçün Ukraynaya əlavə "Storm Shadow" hava-yer tipli qanadlı raketlər göndərib.
Musavat.com xəbər verir ki, məlumatı "Bloomberg" mənbələrə istinadən yayıb.
Məlumata görə, çatdırılma Londonun ABŞ prezidenti Donald Trampın Kiyevə uzaqmənzilli "Tomahavk" raketlərini göndərməkdən imtina etməsi ilə bağlı narahatlığı fonunda və qışın yaxınlaşması öncəsi Ukraynanı sursatla təmin etmək məqsədilə həyata keçirilib.
Agentlik qeyd edib ki, Böyük Britaniya hökuməti Ukraynaya "Storm Shadow" raketlərinin çatdırılması ilə bağlı rəsmi məlumatları dərc etmir.
Musavat.com