EN

Keçmiş idmançı saxlanılıb Etiraza çağırışa görə

Mia.az saytına istinadən ain.az xəbər verir.

Bir vaxtlar Türkiyədə də oynamış keçmiş serbiyalı basketbolçu Vladimir Stimac dünən saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun barəsində 48 saatlıq həbs qətimkan tədbiris eçilib.

Məlumata görə, 38 yaşlı Stimac "konstitusiya quruluşunun zorla devrilməsi"nə çağırış etdiyinə görə  cəzalandırılıb: "O, sosial mediada izləyicilərini Parlamentin qarşısına çıxmağa və hökuməti devirməyə çağırıb"

Xatırladaq ki, Stimac 2011-2020-ci illər arasında "Fənərbağça", "Anadolu Efes", "Türk Telekom", "Beşiktaş", "Teksüt Bandırma BK" və "Olin Edirne Basket" komandalarında oynayıb.

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
mia.az

1Sources