EN

Lamin Yamalın sevgilisini aldatdığı iddia olunur

Ajans.az xəbər verir ki, Fotoqraf Jordi Martinin sözlərinə görə, Yamal bir neçə dostu ilə birlikdə Milana qısa səfəri zamanı italyan model Anna Geqnoso ilə gecələyib. Qurqin bildirib ki, oyunçu Real Madridə qarşı məğlubiyyətdən sonra iki günlük məzuniyyətini dəyərləndirərək Milana yollanıb və Armani Otelində qalıb. Model Anna Geqnoso da həmin oteldə yerləşib. Onun sözlərinə görə, futbolçu dostları ilə birlikdə “hostessalar”ın da qatıldığı xüsusi ziyafət təşkil edib və gecəni Geqnoso ilə keçirib. İddiaların yayılmasından sonra D Corazón proqramının aparıcısı Xavyer de Hoyos Yamalın reaksiyasını ictimaiyyətlə bölüşüb. Gənc futbolçu nə iddiaları təsdiqləyib, nə də təkzib edib və belə bir açıqlama verib: “Şəxsi həyatım və Niki Nikol ilə münasibətlərim — ətrafdakı bütün şayiə və fərziyyələrə görə — ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.” Jurnalist Hoyosun sözlərinə görə, futbolçunun bu açıqlaması “haqqında deyilənlərin uydurma olduğu və münasibətlərinə dair müzakirələrə qarışmaq niyyətində olmadığı” kimi qiymətləndirilir.

 

Chosen
52
Ajans.az

1Sources