ABŞ prezidenti Donadl Tramp sona çatmasına kömək etdiyi səkkiz müharibənin siyahısı olan kağızı pencəyinin cibində gəzdirir.
NOCOMMENT.az xəbər verir ki, CBS News-a müsahibə verərkən Tramp həmin siyahını pencəyinin daxili cibindən çıxararaq oxuyub.
“Budur, buraya kiçik siyahı gətirmişəm. Baxın, budur müharibələr. Onların neçəsini dayandırdım: Kamboca-Tailand, Kosovo-Serbiya, Konqo-Ruanda, Pakistan-Hindistan (bu, ciddi tarix olmalı idi, onlar o vaxt yeddi təyyarə vurdular), İsrail və İran (bunu eşitmisiniz), Misir və Efiopiya (Efiopiya suyun Nil çayına axmasına mane olan böyük bir bənd tikmişdi), Ermənistan və Azərbaycan və əgər nəzər salsanız, İsrail və HƏMAS (bu, bilirsiniz, həm də çətin vəziyyətdir, amma hər şey yaxşı olacaq)”, – deyə Amerika lideri vurğulayıb.
Donald Trampın sözlərinə görə, o, bu işlərin öhdəsindən pis gəlməyib və bitirmək istədiyi doqquzuncu müharibə Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Tramp xatırladıb ki, bunun ən asan olacağını düşünürdü, lakin yanılıb.
Xatirə SADİQ