EN

“Maduronun sayılı günləri qalıb” – Tramp təsdiqlədi

ABŞ ordusu Karib dənizində uzun müddətdir atılmış keçmiş hərbi-dəniz bazasını modernləşdirir və Venesuelada hərbi əməliyyatlar da daxil ola biləcək uzunmüddətli əməliyyatlar üçün platforma yaradır.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, Puerto-Rikodakı “Roosevelt Roads“ (”Ruzvelt Yolları”) ABŞ-nin dünyadakı ən böyük dəniz bazalarından biri olub. Hərbçilər bazanı 2004-cü ildə tərk ediblər. Lakin sentyabrın 17-də “Reuters”in yaydığı fotoşəkillərə və peyk görüntülərinin təhlilinə əsasən, orada tikinti işləri aparılırdı. Briqadalar uçuş-enmə zolağına aparan yolları təmizləməyə və asfaltlamağa başlayıblar. ABŞ, həmçinin Puerto-Rikoda və Santa-Krus adasındakı (ABŞ-nin Virciniya adalarından biri) mülki hava limanlarında obyektlər tikir. Bu ərazilər Venesueladan təxminən 800 kilometr aralıda yerləşir.

ABŞ məmuru “Reuters” agentliyinə bildirib ki, “Ruzvelt Yolları” bazası strateji yer tutur, çünki hərbi texnika və sursat saxlamaq üçün geniş yerə malikdir.

Hərbi mənbələrin sözlərinə görə, Virciniya adalarındakı fəaliyyət ABŞ ordusuna Venesuela daxilində əməliyyatlar keçirməsinə imkan yarada biləcək hazırlıqlara işarə edir. Donald Tramp dəfələrlə Maduro hakimiyyətini çoxlu sayda cinayətkarı həbsxanalarından ABŞ-yə deportasiya etməkdə və kartellərə ABŞ-yə narkotik keçirməyə kömək etməkdə ittiham edib.

Bundan başqa, ABŞ prezidenti Donald Tramp CBS News-un “60 dəqiqə” proqramına müsahibəsində “Maduronun Venesuela prezidenti kimi günləri sayılıbmı?” sualına təsdiqləyici cavab verib: “Hə deyərdim, belə düşünürəm”.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Kristofer Ernandes-Roy hesab edir ki, “bütün bu tədbirlər Maduro rejimini və onun ətrafındakı generalları qorxutmaq üçün nəzərdə tutulub, yəni bu, parçalanmaya gətirib çıxaracaq”.

ABŞ sentyabrın əvvəlindən bəri Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmilərə ən azı 14 zərbə endirib, nəticədə 61 nəfər həlak olub.

Xatirə SADİQ

Chosen
49
nocomment.az

1Sources