EN

Gəncədə keçirilən UEFA-nın məşqçi hazırlığı proqramı başa çatdı

AFFA və “Kəpəz"in birgə təşkilatçılığı ilə Gəncədə keçirilən UEFA C kateqoriyalı məşqçi kursunun 2-ci mərhələsi başa çatıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar Xanlar Əliyev və Vitali Kovalyov rəhbərlik edib.

Kursun 3-cü mərhələsi noyabrın 18-dən 21-dək, dördüncü mərhələsi isə dekabrın 15-dən 20-dək baş tutacaq.

Chosen
25
2
football-plus.az

3Sources