EN

AVP nin qalmaqallı qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən növbədənkənar qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə APA-ya qurultayda partiya sədri postuna namizəd olmuş Elçin Ağamalı bildirib.

Qeyd edək ki, qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.

Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.

Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçilib.

Günay Ağamalı isə deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
7
apa.az

8Sources