EN

Bakıda avtobuslarda da bank kartları ilə ödəniş mümkün olacaq? - AÇIQLAMA

Artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmək mümkündür. Yeni mexanizm sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.

Nəticə uğurlu olacaqmı? Bu sistemi gələcəkdə avtobuslarda tətbiq etmək olarmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd etdi ki, ictimai nəqliyyatda ödəmə sistemləri təkmilləşdirilir:

"Bu haqda düşüncəm ondan ibarətdir ki, bu, uğurlu olacaq. Atılan addım sərnişinlərin rahatlığı və sərbəst hərəkəti üçündür. Bu isə ictimai nəqliyyatda vacib olan addımlardan biridir".

Ekspert vurğuladı ki, ictimai nəqliyyatın avtobus seqmentində Gəncədə artıq bank kartları ilə gediş haqqını ödəmək mümkündür:

"Gəncənin “City” kartı ilə yanaşı, istənilən bank kartı ilə də ödəniş etmək olur. Düşünürəm ki, Bakıda da bu sistem tezliklə qurula bilər".

Aytəkin TOFİQQIZI

Chosen
44
1
redaktor.az

2Sources