EN

Onların serialı final edir FOTO

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gözlənilən reytinqləri ala bilməyən və büdcəsi 27 milyon lirədən (təx. 1 milyon manatdan çox) çox olan ATV-nin sevilən serialı "Aşk ve Gözyaşı" final edir.

Ölkə.Az xəbər verir ki, büdcəsinin yüksək olmasına və ssenaridə edilən dəyişikliklərə baxmayaraq reytinqlər aşağı gəlib.

Buna görə də serialın 7 noyabrda 7-ci bölümdə final edəcəyi bildirilir.

Qeyd edək ki, “Aşk ve Gözyaşı”, serialında baş rolları aktyorlar Barış Arduç və Hande Erçel canlandırır. Serial 5-ci bölümdən sonra 1 həftə yayımı dayandırılıb və ssenaridə dəyişiklik ediləcəyi bildirilib. Lakin dəyişikliklər gözlənilən effekti verməyib.

B.Arduçun ilk 13 seriyaya görə əvvəlcədən 45 milyon 500 min lirə (təx.1.8 milyon AZN), yəni hər seriya üçün 3.5 milyon lirə (141 min manatdan çox) birdəfəlik ödəniş aldığı açıqlanmışdı. Hande Erçelin isə hər seriya üçün 1 milyon 750 min lirə aldığı deyilirdi.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
olke.az

2Sources