EN

Elton Məmmədov 3 milyonu ödəmək üçün nələrini satıb? - Siyahı

Mənbə onu da bildirib ki,3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb...

Adı son günlər Ramiz  Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat,hazırda AMEA-nın  Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir. Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun  vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.

Oxu24.com-un özəl mənbədən əldə etdiyi xəbərə görə,Elton Məmmədov qeyd  olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. Mənbə onu da bildirib ki,3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb.

Belə ki,o,Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini,3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini,“MAİN” Yaşayış Kompleksində  beş ədəd  2 və 3 otaqlı mənzilləri,böyük sahəyə malik avtoqarajı,Həsən Əliyev küçəsində,keçmiş “Tramvay Parkı”nın yerində yerləşən  özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki,Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının  sabiq rəhbəri,AMEA-nın keçmiş  prezidenti  Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Poliqon.info

Chosen
23
4
poliqon.info

10Sources