EN

Vətəndaşların NƏZƏRİNƏ: Rəqəmsal islahatlarda yenilik nə qazandıracaq?

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Dövlət xidmətlərinin tam elektronik integrasiyası dedikdə, bütün dövlət qurumlarının vahid sistem üzərindən bir-biri ilə real vaxtda məlumat mübadiləsi apara bilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, bir qurumda olan məlumatlar digər qurumlarla problemsiz paylaşılır və vətəndaşlar üçün xidmətlər daha sürətli və rahat olur".Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov deyib.O, bildirib ki, belə bir sistemin işləməsi üçün sürətli və etibarlı serverlər və şəbəkə gücü olmalıdır ki, eyni vaxtda çoxlu istifadəçi xidmət ala bilsin:"Fərqli qurumların proqramları bir-biri ilə problemsiz işləməli, məlumatların itirilməməsi üçün ehtiyat nüsxələri saxlanmalıdır. Vətəndaş bir dəfə daxil olduqda bütün elektron xidmətlərə giriş əldə etməli, göndərilən və saxlanılan məlumatlar isə şifrələnmiş olmalıdır".Ekspert bildirib ki, bütün bunlarla yanaşı, sistemlər 24/7 rejimində nəzarət olunmalı, testlərdən keçirilməli, təhlükəsizlik zəiflikləri aşkar edildikdə dərhal reaksiya göstərilməlidir:"İnsan faktoru da vacibdir: həm işçilər sistemləri düzgün idarə etməyi bilməli, həm də istifadəçilər məlumatların təhlükəsiz istifadəsi barədə maarifləndirilməlidir. Nəticədə, belə bir inteqrasiya xidmətlərin həm sürətli, həm etibarlı, həm də rahat göstərilməsini təmin edir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
demokrat.az

1Sources