EN

Qriqoryan Ursula von der Leyenin müşaviri ilə Tramp marşrutu nu müzakirə etdi

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Brüsselə işgüzar səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 3-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin diplomatik müşaviri Simon Mordyu ilə görüşüb.

Redaktor.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının aparatından məlumat verilib.

Təhlükəsizlik Şurasının katibi qarşı tərəfə Ermənistanın sülhün institutlaşması istiqamətində atılan addımlarla bağlı baxışını təqdim edib, həmçinin “Tramp marşrutu”nun regional kommunikasiyaların açılması və geniş iqtisadi imkanların təmin edilməsi kontekstində əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın mümkün istiqamətləri müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
4
redaktor.az

5Sources