EN

Alimlərin ürəyin bərpasına kömək edən gen aşkarlayıb

Yazını böyüt
Yazını kiçilt

Adətən doğuşdan sonra fəaliyyəti dayanan siklin A2 (CCNA2) geni ürək hüceyrələrinin bölünməsini yenidən işə salmaq və infarktla ürək çatışmazlığından sonra yaranan zədələnmələri bərpa etmək qabiliyyətinə malikdir.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə “Maunt-Sinay” xəstəxanasının tədqiqatçıları gəliblər.

Tədqiqatın nəticələri “Regenerative Medicine” (RM) jurnalında dərc olunub.

 
Eksperimentlər zamanı alimlər müəyyən ediblər ki, CCNA geninin təhlükəsiz virus vektoru vasitəsilə aktivləşdirilməsi orta yaşlı yetkin insanlarda ürək əzələsi hüceyrələrinin bölünməsini stimullaşdırır.

Bu, əslində regenerasiya qabiliyyəti olmayan ürək hüceyrələrinin yeni funksional toxumalar formalaşdırmağa məcbur edilə biləcəyinə dair ilk sübutdur.

Təcrübədə 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrindən istifadə olunub. trend

Chosen
17
1
hafta.az

2Sources