EN

12 il əvvəl ölü elan edilmiş kişi sağ tapıldı, İndi isə cərimələnəcək

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bolqarıstanda 17 ildir itkin sayılan və 12 il əvvəl rəsmi şəkildə ölü elan edilən bir kişi Pirin Milli Parkında çadırda yaşayarkən tapılıb.

Sherg.az xəbər verir ki, park işçiləri onu yoxlama zamanı aşkarlayıb, şəxsiyyətini göstərməkdən imtina etdiyinə görə polis çağırılıb. Məlum olub ki, həmin şəxs 2008-ci ildən bəri axtarışda olub və ailəsinin tələbi ilə 2013-cü ildə ölü kimi qeydiyyata alınıb.

Uzun illər təcrid olunmuş həyat sürdüyü bildirilən kişi, icazəsiz ərazidə düşərgə qurduğu üçün 500-5000 leva (təxminən 354,9 AZN) arası cərimə ilə üzləşəcək.

Hadisə ölkədə böyük təəccüb doğurub.

Turan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
sherg.az

2Sources