"Barselona" rəhbərliyi Markus Reşforda klubda qalması üçün şərtini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, futbolçu klubda qalmaq və yeni mövsümdə də "Barselona" forması geyinmək istədiyini bildirib.
Rəhbərlik isə onu saxlayıb-saxlamamaqda tərəddüd edir, buna səbəb isə onun üçün 30 milyon avro ödəmək istəməmələridir.
Lakin, katalonlar onu transfer edəcəkləri halda, futbolçuya əsas tələblərini bildirib və ondan hazırkı maaşından daha aşağı maaşla oynamaq tələb olunacaq.
Qeyd edək ki, futbolçunun hazırda mövsümlük maaşı vergilərdən öncə 14 milyon avrodur, İspaniyada isə vergilər 45-50% aralığındadır.