EN

“Fənərbağça” derbidə 500-cü qolunu vurdu

Dünən keçirilən İstanbul derbisində “Fənərbağça” “Beşiktaş”a qarşı tarixə düşən bir uğura imza atıb.

Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər" bu qarşılaşmada rəqib qapısından 500-cü qolunu keçirməklə klub tarixində əlamətdar hadisəni qeyd edib.

Tarixi qolun müəllifi komandanın dayaq yarımmüdafiəçisi İsmayıl Yüksək olub.

Gərgin keçən görüş 3:2 hesabı ilə “Fənərbağça”nın qələbəsi ilə başa çatıb. Bu nəticə ilə komanda həm derbi sevincini, həm də 500-cü qolun yubileyini eyni anda bayram edib.

Kamil Xudiyev

Chosen
40
1
fanat.az

2Sources