EN

Vətən Müharibəsində qazanılan qələbənin 5 illiyinə həsr olunan "Zəfər andı" adlı ədəbi-bədii gecə keçirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu, AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyi və Veysəloğlu ŞirkətlərQrupunun dəstəyi, "Böyük Qayıdış” Gənclər Təşkilatı və "Zəfər"Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı,AZTV-nin media tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsindəqazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunan "Zəfər andı"adlı ədəbi-bədii gecə keçirilir.

Trend xəbərverir ki, Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə dövlət vəhökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər,tanınmış ziyalılar, gənclər təşkilatlarının nümayəndələri, könüllügənclər və media təmsilçiləri də daxil olmaqla 1800-dən çox qonağıniştirak edir.

Tədbir açılış və bədii olmaqla iki hissədən ibarət olacaq.

Açılışda şəhid anasının, şəhid yoldaşının və gənc qazinin çıxışınəzərdə tutulub.

Bədii hissədə əməkdar artist Nicat Kazımovun rejissorluğu vəkinodramaturq İlqar Fəhminin ssenarisi əsasında, incəsənətxadimlərinin və istedadlı gənclərin ifasında hazırlanmış "ZəfərAndı" bədii kompozisiyası nümayiş olunacaq.

Kompozisiyada Vətən müharibəsində iştirak etmiş gənc döyüşçüşairlərin şeirlərindən istifadə ediləcək, Zəfərə gedən yol vətarixi qələbəmiz ədəbi-bədii formada tamaşaçılara çatdırılacaq.

Məqalədə:
Chosen
39
4
az.trend.az

5Sources