EN

35 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərilir - FOTOlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 35 şəhid ailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.

Gundem.az xəbər verir ki, həmin ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı, Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab, digər şəhər və rayonlarda yaşayırlar.

Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigarlarının evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

Agentlik tərəfindən bu ilin ötən dövründə ümumilikdə 3774 nəfər tənha ahıl və əlilliyi olan şəxsə  evlərində sosial-məişət xidməti göstərilib.  

Bu xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

Chosen
34
9
gundem.az

10Sources