EN

"Ana dilimizi öyrənmələri, ermənilərin miflərdən uzaqlaşmalarına kömək edəcək" -Deputat

"Ermənistanda Azərbaycan dilinin tədrisi həyata keçirilsə, bu, uzun müddətli perspektivdə qarşılıqlı anlaşmanın və dialoqun möhkəmlənməsinə mühüm təsir göstərə bilər. Əgər ermənilər Azərbaycan ədəbiyyatını, tarixini və mətbuatını oxuyarsa, bu, onlara yalnız Azərbaycanı deyil, eyni zamanda bölgədəki mürəkkəb siyasi və mədəni vəziyyəti daha obyektiv və real bir şəkildə başa düşmək imkanı verəcəkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Ermənistanda Azərbaycan dilinin tədris olunması barədə qərara münasibət bildirərkən dedi.

"Ana dilimizi öyrənmələri, ermənilərin vəziyyəti daha düzgün qiymətləndirmələrinə, regionu daha aydın görmələrinə və tərəflər arasındakı qarşıdurma və anlaşılmazlıqlara səbəb olan miflərdən və səhv məlumatlardan uzaqlaşmalarına gətirib çıxara bilər. Beləliklə, onlar Azərbaycanın mövqeyini daha yaxşı anlamağa başlaya bilərlər. Bu da iki ölkə arasında daha sağlam və davamlı bir münasibətin qurulmasına imkan yaradacaq, həm də qarşılıqlı hörmət və etimadın artırılmasına töhfə verə bilər", - deyə deputat vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
53
1
redaktor.az

2Sources