EN

Azərbaycan 15 dekabrın Dünya Türk Dilləri Ailəsi Günü kimi elan olunmasını alqışlayır - XİN

Bakı. Trend:

UNESCO-nun Özbəkistanın paytaxtı Səmərqənddə keçirilən 43-cükonfransında qəbul etdiyi mühüm qərara əsasən, 15 dekabr Dünya TürkDilləri Ailəsi Günü kimi rəsmi şəkildə elan edilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"hesabındakı paylaşımında bildirilib.

"Seçilmiş tarix, bütün türk dillərinin dərin ortaq köklərini vəümumi tarixini əks etdirən ən qədim yazılı abidələr olan OrxonYazılarının oxunduğu günü xatırladır.

Azərbaycan bu mühüm addımı zəngin dil irsimizin qeyd olunması,qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilindəbağların möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimialqışlayır", - deyə paylaşımda qeyd olunub.

Chosen
173
9
az.trend.az

9Sources