EN

Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş konsert keçirilib

Heydər Əliyev sarayında noyabrın 3-də Vətən müharibəsində qazanılmış zəfərin beşinci ildönümünə həsr olunmuş "Zəfər andı" adlı ədəbi-bədii gecə keçirilib.

Aznews.az xəbər verir ki, tədbir Cahangir Cahangirov adına Xorun ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ədəbi-bədii gecə Mədəniyyət Nazirliyinin, Gənclər Fondunun dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı, "Veysəloğlu" Şirkətlər Qrupunun baş sponsorluğu və Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirdə Aprel döyüşləri şəhidi, "Murov Qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, "Böyük Qayıdış" Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov çıxış ediblər.

Sevinc Alızadə bildirib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordunun şücaəti sayəsində Vətən müharibəsində qazanılmış tarixi zəfərin beşinci ildönümünü böyük qürur və iftixarla qeyd edir:

"Şəhidlərimizin narahat ruhları indi şaddır, torpaqlarımız işğalçılardan tam azad olunub, ərazi bütövlüymüz təmin edilib, bu gün üçrəngli bayrağımız bütün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır, uzun illər həsrətində olduğumuz doğma torpaqlara Böyük Qayıdışımız başlayıb".

Chosen
69
1
aznews.az

2Sources