EN

Bu il Gürcüstanda 336 min tona qədər üzüm yığılıb

Tbilisi, 3 noyabr, AZƏRTAC

Bu il gürcü fermerləri 336 min tona qədər üzüm emal ediblər ki, bu da son 30 ildə ən yüksək göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, bu il 22 minə qədər fermer üzüm yığıb və onların gəliri 475 milyon lari (175 milyon dollardan çox) təşkil edib. Ötən ili sə Gürcüstanda 320 min ton üzüm emal edilib.

Yüksək dağlıq Leçxumi bölgəsi istisna olmaqla, Gürcüstanda məhsul yığımı demək olar ki, başa çatıb.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
29
2
azertag.az

3Sources