EN

Su xəttinin üzərində tikilən çıxarışlı evi su basıbVİDEO

Bakıda evi su basıb. Səbəb isə mənzilin köhnə su xəttinin üzərində tikilməsidir. Üstəlik, ev sahibi onu tikərkən ərazidən su xəttinin keçdiyindən də xəbərdar olduğunu deyir.

Xezerxeber.az-ın məlumatına görə, axıntının yerini öyrənmək üçün mənzil sahibi özü evin döşəməsini dağıdaraq, yeri qazmalı olub.

Xətai rayonu, 1-ci Əhmədli küçəsi, Ev18a ünvanında yaşayan Bayram Cəfərov deyir ki, evə dəyən ziyan bir yana, su xəttinin təmiri və problemin aradan qaldırılması üçün etdiyi müraciətlərə də cavab ala bilmir.

Onun sözlərinə görə, mənzilin çıxarışı da var. Evi tikərkən ərazidən su xəttinin keçdiyindən də xəbərdar olublar. Lakin onlara bildirilib ki, xətt fəaliyyətsizdir. 

Qonşuların sözlərinə görə, bu küçədə 10-a yaxın mənzil su xəttinin üzərində tikilib. Digər mənzillərdə də oxşar hadisələr baş verib, evləri dəfələrlə su basıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ünvandakı yaşayış evi içməli su xəttinin üzərində tikilib. Xətai rayonu Sukanal İdarəsi həmin xəttin ləğv edilərək yeni şəbəkə qurulması üçün tikinti-quruculuq işləri görüb. İşlər tam yekunlaşdırıldıqdan sonra köhnə xəttin tamamilə ləğv edilməsi və yeni xəttin istifadəyə verilməsi təmin ediləcək. Hazırda ərazidə heç bir axıntı yoxdur, qəza briqadası axıntının qarşısını alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
69
2
xezerxeber.az

3Sources