EN

Çin rus neftinə boykot elan etdi

Çin neft emalı zavodları ABŞ prezidenti Donald Tramp administrasiyasının “Rosneft” və “Lukoil”ə qarşı tətbiq etdiyi sanksiyalar səbəbilə Rusiyadan neft idxalını kəskin azaldır.

Musavat.com xəbər verir ki, dövlətə məxsus “Sinopec” və “PetroChina” artıq bir neçə Rusiya neft tədarükünü ləğv edib və hələlik yeni alqı-satqılardan uzaq qalır.

Onlara kiçik özəl neftayırma müəssisələri də qoşulub – onlar da “Shandong Yulong Petrochemical”  şirkətinin Böyük Britaniya və Avropa İttifaqının “qara siyahı”sına salınmasından sonra eyni taleyi yaşamaqdan ehtiyat edirlər.

“Rystad Energy”nin qiymətləndirməsinə görə, bu “alıcı boykotu” Rusiyanın Çinə neft ixracının təxminən 45 faizinə təsir edib. Boykot xüsusilə Uzaq Şərqdə istehsal olunan ESPO markalı neftə aiddir.

Nəticədə ESPO markasının qiyməti enməyə başlayıb - satıcılar onu hazırda “Brent” markasına nisbətən barelə görə 0,5 dollar endirimlə təklif edirlər. Halbuki hələ oktyabrın əvvəlində Rusiya neftçiləri eyni markanı 1 dollarlıq qiymət üstünlüyü ilə satırdılar.

Musavat.com

Chosen
73
musavat.com

1Sources