Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin olundu
“Azərbaycan Dəmir Yolları" QSC (ADY) noyabrın 7-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər həyata keçirəcək. Ajans.azxəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Qeyd olunub ki, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.