EN

Avropa birliyində parçalanma DƏRİNLƏŞİR - İrlandiyalı politoloq

“Birləşmiş Avropa” görüntüsünün arxasında əslində dərin parçalanma mövcuddur. Avropa hazırda çox ağır vəziyyətdədir”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı tarixçi, politoloq Patrik Uolş (Patrick Walsh) deyib.
media-media-maxresdefault-subptv
O, Avropada Ukraynaya qarşı vahid mövqenin olmamasının səbəbləri və İttifaqın Kiyevlə bağlı gələcək siyasət istiqamətindən danışıb.
Politoloq bildirib ki, Avropa daxilində Ukraynadakı pisləşən vəziyyətlə bağlı münasibətlər getdikcə milli xətlər üzrə parçalanır.
ABŞ-nin birbaşa münaqişədən çəkilməsi və Kiyevin canlı qüvvə və texnika çatışmazlığı ilə üzləşməsi səbəbindən vəziyyət Avropa üçün getdikcə daha da çətinləşir:
“Avropa İttifaqının bürokratik rəhbərliyi (məsələn, Ursula fon der Leyen və digərləri) getdikcə daha çox parçalanan və milli hökumətlərin özbaşına hərəkət etdiyi bir vaxtda Avropanı bir arada saxlamaq üçün “müharibə mövqeyi”ni dəstəkləyir. Onlar üzv dövlətləri sərt anti-Rusiya siyasətini dəstəkləməyə məcbur etməyə çalışırlar.
Digər tərəfdən, Macarıstan və Slovakiya kimi bəzi ölkələr belə bir siyasətə həvəs göstərmir, bu müharibəni səhv və faktiki olaraq uduzulmuş hesab edirlər. Bəzi dövlətlər isə ABŞ-nin geri çəkilməsi fonunda Kiyevlə daha da dərin əməkdaşlığın milli maraqlarına və hökumətlərinin siyasi gələcəyinə zərər vuracağını düşünürlər. Onların fikrincə, əgər ABŞ Prezidenti Donald Tramp Rusiya ilə atəşkəs əldə etməzsə, Avropa böyük təhlükə ilə üzləşəcək”.
Patrik Uolş qeyd edir ki, Ukrayna cəbhəsinin çökməsi halında Avropa birbaşa ön xəttə çevriləcək və yeni əsgərlər toplamaq çox çətin olacaq:
“Ukraynanın müdafiə xərcləri də getdikcə artır, ABŞ isə bu yükü öz üzərinə götürməkdən imtina edir.
Beləliklə, “birləşmiş Avropa” görüntüsünün arxasında əslində dərin parçalanma mövcuddur. Avropa hazırda çox ağır vəziyyətdədir və görünür, onu fəlakət yolundan geri döndərə biləcək yeganə çıxış Tramp və Putin arasında mümkün bir razılaşmadır”,- deyə o bildirib.
Xatırladaq ki, Almaniya, Şimali Avropa ölkələri və Şərqi Avropanın əksər dövlətləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Kiyevə kredit verilməsini qəti şəkildə dəstəkləyirlər. Lakin Fransa və İtaliya bu məsələyə daha ehtiyatla və şübhə ilə yanaşırlar, çünki maliyyə məsuliyyətini üzərlərinə götürmək istəmirlər. Başqa sözlə desək, Avropa daxilində bu məsələdə vahid mövqe mövcud deyil.
Nəsimi Ələsgərli
Chosen
45
yenicag.az

1Sources