EN

Pezeşkiandan gözlənilməz addım: Maaşından buna görə imtina etdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian maaşını milli məktəb tikintisi kampaniyasına bağışlayaraq vədini 48 saatdan az müddətdə yerinə yetirib.

Globalinfo.az bildirir ki, bu barədə Məktəb Təmiri, İnkişafı və Avadanlığı üzrə Milli Təşkilatın rəhbəri Rza Xanməhəmmədi deyib.

Onun sözlərinə görə, prezident vəsaiti cümə axşamı tikinti sənayesi nümayəndələri və donorlarla görüş zamanı bağışlayacağına söz verib. Köçürmə şənbə günü başa çatıb.

İranda payızda milli “Məktəb Tik” kampaniyası başlayıb. Daha sonra prezident aylıq maaşının təhsil müəssisələrinin tikintisini dəstəkləmək üçün bağışlandığını elan edib. Kampaniyanın məqsədi vətəndaşları həm maliyyə, həm də digər ianələr vasitəsilə məktəblərin tikintisi və təmirində iştiraka təşviq etməkdir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
68
globalinfo.az

1Sources