“Fiorentina”nın uğursuz çıxışı klubun baş məşqçisi Stefano Piolini ciddi şəkildə təzyiq altına salıb.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis artıq istefa astanasındadır.
A Seriyasının ilk 10 turunda Florensiya təmsilçisi bir dəfə də qələbə qazana bilməyib — 4 heç-heçə və 6 məğlubiyyət. Pioli “Fiorentina”nın sükanına 2025-ci ilin yayında keçmişdi.
Komanda yalnız UEFA Konfrans Liqasının təsnifat və qrup mərhələsində özünü göstərə bilib, həmin turnirdə 4 oyunun hamısında qalib gəlib.
Hazırda “Fiorentina”nın aktivində cəmi 4 xal var və klub turnir cədvəlində 19-cu pillədə yer alır. Bu nəticə rəhbərliyin səbrini tükəndirib və Piolinin yaxın günlərdə vəzifədən uzaqlaşdırılacağı istisna edilmir.