EN

Fransada qızıl emalı zavodundan 28 milyon avroluq oğurluq

BAKI, 3 noyabr. TELEQRAF

Fransa polisi Liondakı "Pourquery" qızıl emalı zavodunun laboratoriyasından 300 kq-dan çox qiymətli metal oğurlayan quldurları yaxalayıb.

Teleqraf "France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, quldurlar 28 milyon avro dəyərində qiymətli metallar oğrulardan birinin mənzilində aşkar edilib.

Hadisə ilə bağlı 6 nəfər həbs edilib. Onlar mütəşəkkil cinayətkar qrup yaratmaqda və quldurluqda ittiham olunurlar.

Oğurluq hadisəsi oktyabrın 30-da baş verib. Quldurlar partlayıcı maddələrdən istifadə edərək laboratoriyanın şüşələrini sındırıblar. Silahlı soyğun zamanı zavodun 5 işçisi yaralanıb.

Chosen
45
1
teleqraf.com

2Sources