EN

U-17 dünya çempionatı: Argentinanın əzmkar qələbəsi, Portuqaliya və Tunisdən darmadağın

Qətərdə 17 yaşınadək futbolçular arasında dünya çempionatı start götürüb.

İdman.Biz bildirir ki, yarışın ilk günündə 8 oyun keçirilib.

Qarşılaşmalarda nəticələr belə olub:

Kosta Rika – BƏƏ 1:1
Cənubi Afrika – Boliviya 3:1
Seneqal – Xorvatiya 0:0
Yaponiya – Mərakeş 2:0
Argentina – Belçika 3:2
Yeni Kaledoniya – Portuqaliya 1:6
Tunis – Fici 6:0
Qətər – İtaliya 0:1

Turnirdə 48 milli iştirak edir.

U-17 milliləri arasında son dünya çempionu finalda penaltilərlə Fransanı məğlub etmiş Almaniyadır.

İdman.Biz

Chosen
37
idman.biz

1Sources