Madrid “Real”ının gənc futbolçusu Fransko Mastantuono zədə səbəbindən sıradan çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Məlumatda bildirilir ki, 18 yaşlı yarımmüdafiəçidə pubaqlıq nahiyəsində problem aşkarlanıb:
“Bu gün aparılan tibbi müayinə nəticəsində Fransko Mastantuonoda pubaqlıq nahiyəsində zədə müəyyən edilib. Onun bərpa prosesi klubun həkim heyəti tərəfindən nəzarətdə saxlanılacaq.”
Xatırladaq ki, argentinalı futbolçu 2025-ci ilin avqustunda “River Pleyt”dən “Real”a transfer olunub. Madrid klubu bu keçid üçün 45 milyon avro ödəyib. Gənc oyunçu bu mövsüm 12 matçda forma geyinib, 1 qol və 1 assistlə yadda qalıb.