EN

Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir YENİ ARAŞDIRMA

ain.az bildirir, Bizim media portalına istinadən.

Müntəzəm pendir qəbulu demensiya riskini azalda və yaşlılıqda zehni aydınlığı qoruyub saxlaya bilər.Bizim.Media xəbər verir ki, bu nəticəyə Niimi Universitetinin və Yaponiyanın Milli Qocalıq və Gerontologiya Mərkəzinin alimləri gəliblər.Onlar bu barədə geniş tədqiqatın nəticələrini Nutrients jurnalında dərc ediblər.

 

Alimlər 65 yaşdan yuxarı təxminən səkkiz min yaşlı yaponiyalının məlumatlarını üç il ərzində təhlil ediblər.

Nəticədə məlum olub ki, həftədə ən azı bir dəfə pendir yeyən insanlarda demensiya riski pendiri rasionundan tamamilə çıxaranlarla müqayisədə 24% daha azdır.Mütəxəssislər bu təsiri pendirin tərkibindəki zülallar, antioksidantlar və damar sağlamlığını qoruyan, neyronların dağılmasının qarşısını alan K2 vitamini ilə izah edirlər.

 

Bundan əlavə, fermentləşdirilmiş pendirlər “bağırsaq–beyin” oxuna təsir edən, iltihabi prosesləri azaldan probiotiklər və bioaktiv peptidlər ehtiva edir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, hətta həftədə bir porsiya pendir belə faydalı ola bilər, lakin müxtəlif pendir növlərinin və onların miqdarlarının təsirini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
2
bizim.media

3Sources